HAQQINDA

Topçubaşov Məhkəmə Müsabiqəsi  (bundan sonra Müsabiqə; müsabiqənin ingiliscə rəsmi adı: Topchubashov Moot Court Competition) Əlimərdan bəy Topçubaşovun (1862 – 1934) xatirəsinə həsr olunmuş, Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən təşkil edilən 3 (üç) Raunddan ibarət müsabiqədir. Təşkilatçılar Azərbaycanda milli hüquqa və sırf hüquqi arqumentə əsaslanan ilk və tək belə bir müsabiqəni keçirməkdən qürur duyur.

Müsabiqə əsasən kommersiya münasibətləri ilə bağlı ortaya çıxan problemli hüquqi məsələlərə aid xəyali iş üzərində aparılır. Müsabiqə iştirakçıları olan komandalar (hər komanda 4 nəfərdən ibarət olur) Müsabiqə İşinə İddiaçı və Cavabdeh brifləri (iddia ərizəsinin ekvivalenti) yazmalıdırlar. Briflərdən ən yaxşı nəticə göstərən 8 komanda şifahi çəkişmələrdə çıxış etmə hüququ qazanır. Formatına görə bu Müsabiqə ölkədə ilk və təkdir və ölkənin qabaqcıl hüquqşünasları və şirkətləri ilə daha yaxşı nəticələr əldə olunması üçün çalışılır.

Müsabiqədə 2, 3, 4-cü kurs bakalavr və magistr təhsili alan bütün hüquq tələbələri iştirak edə bilərlər.

Aşağıda Müsabiqə Qaydaları, Müsabiqə Qeydiyyatı, Müsabiqə İşi, Müsabiqə Vaxt Cədvəlinə və qaliblər üçün mükafat səhifələrinə keçid yerləşdirilmişdir:

  1. Qaydalar
  2. Qeydiyyat
  3. Müsabiqə işi
  4. Müsabiqə cədvəli
  5. Mükafat

2016 Topçubaşov Final Raunduna buradan baxa bilərsiniz:

Müsabiqə ilə bağlı 19 dekabr 2015-ci il tarixində müsabiqə hakimləri Altay Mustafayev və Emin Kərimovun təqdimatında təlim keçirilmişdir. Müsabiqədə iştirak etmək istəyənlərə Təlimə baxmaq tövsiyə olunur. Aşağıda təlimin videosuna baxa bilər və təlimdə istifadə olunan təqdimat fayllarını tapa bilərsiniz.

Təqdimat – Məhkəmədə Hüquqi Yazı (Altay Mustafayev)  (.pptx)

Təqdimat – Şifahi çıxışlar (Emin Kərimov) (.pptx)

Təqdimat – Şifahi çıxışlar (Emin Kərimov) (.docx)
Suallarınızı ünvanlamaq üçün e-poçt: moot@bsulawss.org