FİNAL RAUNDUNUN KEÇİRİLMƏSİ İLƏ 2017 TOPÇUBAŞOV BAŞA ÇATMIŞDIR!

10 May tarixində baş tutmuş Final Raundunun nəticəsinə əsasən 5 aydır davam edən 2017 Topçubaşov Məhkəmə Müsabiqəsi həyəcanı bu illik sona çatmışdır! Müxtəlif hüquq sahələrini əhatə edən və hüquqi kolliziyalar üzərində qurulmuş Müsabiqə İşi üzrə sualların ciddi şəkildə analizini səhnəyə çıxaran final çəkişməsi nəticəsində İddiaçı kimi çıxış edən Xəlil bəy Xasməmmədov komandası hakimlərin ümumi qiymətləndirməsi […]

5 MAY TARİXİNDƏ 2017 TOPÇUBAŞOV YARIM-FİNAL RAUNDU ÜZRƏ ŞİFAHİ ÇƏKİŞMƏLƏR BAŞ TUTMUŞDUR!

5 May tarixində 2017 Topçubaşov Yarım-final Raundu üzrə şifahi çəkişmələr baş tutmuşdur! Müsabiqənin sonuna yaxınlaşdıqca artan həyəcan bərabərində finalçıları müəyyən edən çəkişmələr keçirildi. Çəkişmələr saat 10:00-dan 13:30-a kimi ADA Universitetində keçirilmişdir. Yüksək səviyyəli çıxışlara görə bütün komandalara təşəkkür edirik.  

SEÇİM RAUNDUNUN İKİNCİ MƏRHƏLƏSİ ÜZRƏ İLK ŞİFAHİ ÇƏKİŞMƏLƏR BAŞ TUTMUŞDUR!

1 May tarixində 2017 Topçubaşov Seçim Raundunun ikinci mərhələsi üzrə ilk şifahi çəkişmələr baş tutmuşdur! Çəkişmələr paralel olaraq saat 14:00-dan 17:00-a kimi ADA Universitetində və Caspian Business Centre-də keçirilmişdir. Çəkişmələr müddətində çəkilmiş qısa videolar birləşdirilərək teaser formatında sizinlə paylaşılacaqdır.  

ÇƏKİŞMƏLƏRİN KEÇİRİLƏCƏYİ YERLƏR ARTIQ MƏLUMDUR!

Şifahi çəkişmələrin keçiriləcəyi yerlər artıq müəyyənləşdirilmişdir. Komanda səhifələrində də müvafiq düzəlişlər edilmişdir. Aşağıdakı cədvəl vasitəsilə çəkişmə yerləri ilə tanış ola bilərsiniz:    Argument No Appellant v. Respondent 1 May 14:00-15:15 – ADA, SB 202 13İ v. 4C 1 May 15:30-16:45 – ADA, SB 202 10İ v. 1C 1 May 14:00-15:15 – Caspian Business Center, Conference Hall […]

PÜŞKATMA NƏTİCƏLƏRİ BƏLLİ OLDU!

2 aprel tarixində keçirilmiş püşkatma nəticəsində Seçim raundunun ikinci mərhələsi çərçivəsində şifahi çəkişmələrdə üzləşəcək komandalar məlum olub! Aşağıdakı cədvəllər vasitəsilə şifahi çəkişmələr və onların vaxtları ilə tanış ola bilərsiniz:  Argument No Appellant v. Respondent 1 May 10:00-11:15 13İ v. 4C 1 May 11:30-13:00 10İ v. 1C 1 May 14:00-15:15 16İ v. 10C 1 May 15:30-16:45 4İ […]

“ŞİFAHİ ÇIXIŞLAR” MÖVZUSUNDA TƏLİM KEÇİRİLMİŞDİR!

2 aprel tarixində “Şifahi çıxışlar” mövzusunda Seçim raundunun ikinci mərhələsində iştirak şansı qazanan komandalar üçün təlim keçirilmişdir. Təlim Dentons şirkətinin baş hüquqşünası Sona Tağıyevanın təqdimatında baş tutdu. San Diego Universiteti məzunu olan (LL.M) Sona xanım 2011-ci ildən Nyu-York Vəkillər Kollegiyasının üzvüdür. Təlimdə şifahi çəkişmələr zamanı məhkəmədə nitq, üslub, davranış və arqumentlərin sistemləşdirilməsi kimi mühüm məsələlərə […]

NÖVBƏTİ MƏRHƏLƏYƏ KEÇƏN KOMANDALAR BƏLLİ OLDU!

Seçim raundunun birinci mərhələsində iştirak edən komandaların nəzərinə! Briflərin qiymətləndirilməsi prosesinin nəticələrinə əsasən növbəti mərhələyə keçən komandalar artıq müəyyən olmuşdur. Qeyd edək ki, Brif balları və briflər haqqında məlumat üçün komanda səhifələrinə baxa bilərsiniz. Ən yaxşı İddiaçı və Cavabdeh brifi qaliblərinin də əks olunacağı ümumi siyahı qaydalara müvafiq olaraq Müsabiqənin sonlarına yaxın elan olunacaq və […]

QEYDİYYATDAN UĞURLA KEÇƏN KOMANDALAR ÜÇÜN İLK TƏLİMLƏR KEÇİRİLMİŞDİR!

18 Fevral 2017-ci il tarixində qeydiyyatdan uğurla keçmiş komandalar üçün ilk təlim sessiyası təşkil olundu. Təlimin əsas məqsədi iştirakçılara Müsabiqə ilə bağlı əsas məqamları, eləcə də, ötən ilki Müsabiqədə sıxlıqla yol verilən səhvləri komandaların diqqətinə çatdırmaq idi. Təlim Mehran Əmirli, Kənan Mədətli və Əmrah Rəhmanovun təqdimatında baş tutdu. Təlimin başlanğıcında Müsabiqənin Qızıl Sponsorlarından biri Bakı […]

11 Fevral tarixində keçirilmiş müsahibənin nəticələri əsasında qeydiyyatdan uğurla keçmiş komandalar artıq bəlli oldu!

11 Fevral tarixində keçirilmiş müsahibənin nəticələri əsasında qeydiyyatdan uğurla keçmiş komandalar artıq bəlli oldu! Müsahibədən keçən komandalar: 1. Komanda 01 2. Komanda 02 3. Komanda 03 4. Komanda 04 5. Komanda 06 6. Komanda 07 7. Komanda 10 8. Komanda 11 9. Komanda 12 10. Komanda 13 11. Komanda 14 12. Komanda 15 13. Komanda […]

2017 TOPÇUBAŞOV MƏHKƏMƏ MÜSABİQƏSİNƏ QEYDİYYAT BAŞLADI!

2017 Topçubaşova qeydiyyat başlamışdır. Topçubaşov Məhkəmə Müsabiqəsində 2, 3, 4-cü kurs bakalavr və magistr təhsili alan bütün hüquq tələbələri iştirak edə bilərlər. Qalibləri Müsabiqə tərəfdaşları tərəfindən təqdim edilən mükafatlar gözləyir: ətraflı • Qeydiyyat Müsabiqə Cədvəlinə uyğun olaraq 31 yanvar 2017-ci il tarixində bitəcək; • Qeydiyyatdan keçmiş komandalar nömrələnəcək və müvafiq nömrə komandaya bildiriləcək; • Həmin […]