2016 Topçubaşov hakimləri

2016 Topçubaşov HAKİMLƏRİ

Altay Mustafayev

Ülviyyə Zeynalova-Bockin

Emin Kərimov

Nazlı Əhmədova

Rəşad İbadov

Sona Tağıyeva

Rəşid Əliyev

Altay Mustafayev hal-hazırda Baker & McKenzie beynəlxalq hüquq şirkətinin Bakı ofisində partnyordur. Onun praktiki fokus sahələri əsasən bank, maliyyə, korporativ və vergi hüquqlarıdır. O, həmçinin Bakı Dövlət Universiteti Hüquq fakültəsi və ADA Universitetində tədrislə məşğuldur. Altay Mustafayev BDU Hüquq fakültəsi (bakalavr, magistr) və University of Washington School of Law (LL.M) məzunu, Nyu-York Vəkillər Kollegiyasının (New York Bar Association) və İngiltərə və Uels vəkillər kollegiyasının (solicitor of England and Wales) üzvüdür.


Ülviyyə Zeynalova-Bockin hal-hazırda Dentons beynəlxalq hüquq şirkətinin Bakı ofisində hüquqşünasdır. O, Xəzər Universiteti Hüquq fakültəsi(bakalavr) və Georgetown University Law Center (LL.M) məzunudur.


Emin Kərimov hal-hazırda Kapital Bankın Hüquq Departamentinin direktorudur. O, Azərbaycan Korporativ (Şirkətlər) Hüququ kitabının müəllifi, Bakı Hüquq Jurnalının Baş redaktorudur. Emin Kərimov, ARPDİA Hüquq fakültəsi (bakalavr), Georgetown University Foundation of American Law (LL.M) və University of Minnesota Law School (LL.M) məzunudur.


Nazlı Əhmədova Apex Advisors hüquq şirkətinin qurucusudur Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. O, Bakı Dövlət Universiteti Hüquq fakültəsi (LL.B, LL.M) və University of Minnesota Law School (LL.M) məzunudur.


Rəşad İbadov hal-hazırda ADA Universiteti İctimai və Beynəlxalq Əlaqələr Məktəbində Dosentdir. O, hüquq üzrə fəlsəfə doktorudur (Ph.D) və Xəzər Universiteti Hüquq fakültəsi (bakalavr), Lund Universiteti Hüquq fakültəsi (magistr) məzunu, Boalt Hall School of Law at the University of California, Berkeley-də elmi işçi (visiting scholar), Harvard Law School-da doktorant tədqiqatçı (2010, doctoral visiting fellow) olmuşdur.


Sona Tağıyeva hal-hazırda Dentons beynəlxalq hüquq şirkətinin Bakı ofisində hüquqşünasdır. O, Bakı Dövlət Universiteti Beynəlxalq hüquq fakültəsinin (LL.B və LL.M) və University of San Diego (LL.M) məzunudur.


Rəşid Əliyev Remells hüquq şirkətinin qurucusudur. O, ARPDİA (hüquq üzrə bakalavr) Central European University (LL.M) və University of Pennsylvania Law School məzunudur.