2017 Topçubaşov hakimləri

2017 Topçubaşov HAKİMLƏRİ

Sevinc Əliyeva

Seymur Muradov

Rüfət Abdulla

Sərvər Hümmətov

Elşən Rəhman

Mehman Sultanov

Altay Mustafayev

Emin Kərimov

Nazlı Əhmədova

Sevinc Əliyeva PSG Law şirkətində hüquqşünasdır. O, Bakı Dövlət Universiteti (LL.B və LL.M) məzunudur.


Seymur Muradov EY Azərbaycan şirkətində Hüquq Məsləhətçisidir. O, Bakı Dövlət Universiteti (LL.B və LL.M) məzunudur.


Rüfət Abdulla VF Azercredit şirkətində Hüquq departamentinin rəhbəridir. O, Bakı Dövlət Universiteti (LL.B və LL.M) məzunudur.


Sərvər Hümmətov Deloitte Azərbaycan şirkətində Hüquq departamentinin sədridir (Head of Legal Practice). O, Bakı Dövlət Universiteti (LL.B) və University of Amsterdam (LL.M) məzunudur.


Elşən Rəhman PwC Azərbaycan şirkətində Hüquq Meneceridir. O, Bakı Dövlət Universiteti (LL.B) və Stockholm University (LL.M) məzunudur.


Mehman Sultanov Bakı Hüquq Mərkəzinin (BHM) partnyorudur. Onun əsas fəaliyyət sahələri bank və maliyyə hüququ, beynəlxalq xüsusi hüquq və vergi məsələləridir. O, Voronej Dövlət Universiteti məzunudur.


Altay Mustafayev hal-hazırda Baker & McKenzie beynəlxalq hüquq şirkətinin Bakı ofisində partnyordur. Onun praktiki fokus sahələri əsasən bank, maliyyə, korporativ və vergi hüquqlarıdır. O, həmçinin Bakı Dövlət Universiteti Hüquq fakültəsi və ADA Universitetində tədrislə məşğuldur. Altay Mustafayev BDU Hüquq fakültəsi (bakalavr, magistr) və University of Washington School of Law (LL.M) məzunu, Nyu-York Vəkillər Kollegiyasının (New York Bar Association) və İngiltərə və Uels vəkillər kollegiyasının (solicitor of England and Wales) üzvüdür.


Emin Kərimov hal-hazırda PwC Azərbaycan şirkətində Baş Hüquq Meneceridir. O, LexFori - Law Seminars & Discussions-ın qurucusu, Azərbaycan Korporativ (Şirkətlər) Hüququ kitabının müəllifi, Bakı Hüquq Jurnalının Baş redaktorudur. Emin Kərimov, ARPDİA Hüquq fakültəsi (LL.B), University of Minnesota Law School (LL.M) məzunudur.


Nazlı Əhmədova Apex Advisors hüquq şirkətinin qurucusudur, Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. O, Bakı Dövlət Universiteti Hüquq fakültəsi (LL.B, LL.M) və University of Minnesota Law School (LL.M) məzunudur.