“ŞİFAHİ ÇIXIŞLAR” MÖVZUSUNDA TƏLİM KEÇİRİLMİŞDİR!

2 aprel tarixində “Şifahi çıxışlar” mövzusunda Seçim raundunun ikinci mərhələsində iştirak şansı qazanan komandalar üçün təlim keçirilmişdir.

Təlim Dentons şirkətinin baş hüquqşünası Sona Tağıyevanın təqdimatında baş tutdu. San Diego Universiteti məzunu olan (LL.M) Sona xanım 2011-ci ildən Nyu-York Vəkillər Kollegiyasının üzvüdür.

Təlimdə şifahi çəkişmələr zamanı məhkəmədə nitq, üslub, davranış və arqumentlərin sistemləşdirilməsi kimi mühüm məsələlərə toxunulmuş, sonda iştirakçıların sualları cavablandırılmışdır.

Təlimdən sonra püşkatma mərhələsi keçirilmiş və seçim raundunun ikinci mərhələsində üz-üzə gələcək komandalar müəyyənləşmişdir. Şifahi çəkişmələr haqqında ətraflı məlumat üçün səhifəni izləməyə davam edin.