QEYDİYYAT

Topçubaşov Məhkəmə Müsabiqəsində 2, 3, 4-cü kurs bakalavr və magistr təhsili alan bütün hüquq tələbələri iştirak edə bilərlər. Nəzərə alın ki, Qaydalara görə bir dəfə Müsabiqənin Seçim Raundunun İkinci Mərhələsinə keçmiş iştirakçı sonrakı illərin Müsabiqələrində iştirak edə bilməz.

2017 Topçubaşov Məhkəmə Müsabiqəsinin Mükafatları aşağıdakı kimidir:

Qalib komanda üçün: 1000 AZN
Ən yaxşı iddiaçı və cavabdeh briflərinin müəllifləri olan komandaların hər birinə: 200 AZN
Ən yaxşı oralist üçün: 100 AZN
Ətraflı.

• Qeydiyyat Müsabiqə Cədvəlinə uyğun olaraq 7 fevral 2017-ci il tarixində bitəcək;
• Qeydiyyatdan keçmiş komandalar nömrələnəcək və müvafiq nömrə komandaya bildiriləcək;
• Həmin cədvələ uyğun olaraq 7 mart 2017-ci il tarixinə qədər Müsabiqə İşinə yazdıqları İddiaçı və Cavabdeh Briflərini moot@bsulawss.org e-poçt ünvanına göndərəcəklər. Briflər Müsabiqə Qaydalarına uyğun tərtib edilməlidir.


 

2017 Topçubaşova qeydiyyat sona çatmışdır.

 




W3.CSS

İştirak Müqaviləsi

×

İştirak Müqaviləsi

TOPÇUBAŞOV MƏHKƏMƏ MÜSABİQƏSİ

İŞTİRAK MÜQAVİLƏSİ

Topçubaşov Məhkəmə Müsabiqəsi (bundan sonra “Müsabiqə”) Azərbaycanda təhsil alan hüquq tələbələri arasında keçirilən məhkəmə müsabiqəsidir. Müsabiqənin məqsədi hüquq tələbələrini hüquqşünaslıq peşəsi üçün mühüm əhəmiyyətə malik olan hüquqi araşdırma, yazı, analiz və nitq bacarıqlarını inkişaf etdirmək üçün həvəsləndirmək və Azərbaycanda hüquq təhsilinin daha yaxşı inkişaf etməsi üçün şərait yaratmaqdır.

1. Təşkilatçılar

Müsabiqə Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti və ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyi (bundan sonra “Təşkilatçılar”) tərəfindən təşkil olunur.

2. Tərəflər

Müqavilə Təşkilatçılar və Müsabiqədə iştirak edən hər hansı komandanın üzvləri – İştirakçılar arasında bağlanır.

3. Müqavilənin hüquqi qüvvəsi

3.1. Müsabiqədə iştirak etmək üçün iştirakçılar üzərində hüquqi qüvvəsi olan bu Müqavilə ilə razılaşmaq vacibdir. Müsabiqəyə daxil olanlar və ya iştirakçılar bu Müqaviləyə, Müsabiqə Qaydalarına və Qaydaların tələblərinə, eləcə də Təşkilatçıların Müsabiqə Qaydalarına əsasən verdiyi qərarlara riayət edəcəklərinə razı olurlar.
3.2. Müqavilənin və ya onun hər hansı şərtinin icrasından imtina edilməsi Müsabiqədən kənarlaşdırılma ilə nəticələnir. Müqavilənin şərtlərinə razı olmaqla iştirakçılar həm də Müsabiqə hakimlərinin qərarları ilə razılaşacaqlarını bəyan edirlər.

4. Fərdi məlumatlar

4.1. Müsabiqədə iştirak etmək üçün daxil olanlar Təşkilatçılara Müsabiqəyə qeydiyyat zamanı doldurulan formda və Müsabiqə Qaydaları ilə müəyyən oldunduğu zaman digər hallarda lazımi fərdi məlumatları təqdim etməyə razı olurlar. Təşkilatçıya lazımi məlumatlar təqdim edilmədikdə müvafiq komanda iştirakdan kənarlaşdırılır.
4.2. Təqdim olunmuş məlumatlar Təşkilatçı tərəfindən Müsabiqənin gedişi boyunca qanuni məqsədlər üçün istifadə oluna bilər.

5. İnternetdən istifadə məsələləri

5.1. İştirakçılar Qaydaların tələblərinə uyğun olaraq lazımi materialları internet vasitəsilə təqdim edərkən internetdən istifadə səbəbi ilə baş verən gecikmələr nəzərə alınmır.
5.2. İnternet vasitəsilə təqdim edilən materialların qəbul vaxtı Təşkilatçıların həmin materialı müvafiq qaydada qəbul etdiyi vaxt hesab olunur.

6. Məsuliyyətin sərhədləri

6.1. İştirakçılar bu Müqavilə ilə müəyyən olunmuş şərtlərə riayət edilməməsinə görə onların əməlləri və pozuntularından ortaya çıxan iddiaları, tələbləri, zərərləri və xərcləri qarşılamalıdırlar.
6.2. Təşkilatçılar və onların nümayəndələri iştrakçıların Müsabiqədə iştirakı səbəbindən yaranan hər hansı ziyana görə məsuliyyətdən azaddırlar.

7. Mükafat

7.1. Qalib komandanın üzvləri Müsabiqə tərəfdaşları və ya sponsorları tərəfindən təqdim olunan mükafatla mümkün olduğu halda təmin olunurlar.
7.2. Qalib komandanın üzvlərinin hər hansı üsul və vasitə ilə Təşkilatçılar olmadan Müsabiqə tərəfdaşları ilə müvafiq mükafat barədə danışıqlar aparması və razılaşması qadağandır. Bu həmin şəxslərin mükafatdan məhrum olması ilə nəticələnir.

8. Üçüncü tərəflər

Təşkilatçılar və onların nümayəndələri iştirakçıların Müsabiqəyə daxil olmasını və iştirakını çətinləşdirən və ya mümkünsüz edən hər hansı üçüncü tərəfin əməlinə görə məsuliyyət daşımırlar.

Topchubashov Moot Court Competition