QAYDALAR

2017 Topçubaşov Məhkəmə Müsabiqəsinin Qaydalarını PDF olaraq buradan yükləyə bilərsiniz: Qaydalar

Keçən ilki Qaydalara edilmiş mühüm əlavə və dəyişikliklər bunlardır:

  1. Qayda I. C. İştirak Məhdudiyyəti
    Bir dəfə Müsabiqənin Seçim Raundunun İkinci Mərhələsinə keçmiş iştirakçı sonrakı illərin Müsabiqələrində iştirak edə bilməz.
  2. Qayda II. A. 1 (vi). Arqumentlər
    Burada iddia tərəfinin məhkəmə qarşısındakı tələblərinə müvafiq arqumentlər və onların alt-arqumentləri, cavabdeh tərəfinin isə həmin tələblərin təkzibinə yönəlmiş və ya Müsabiqə İşində təqdim olunan cavabdeh tərəfin qarşı iddiaları və ya cavabları üzərində qurulmuş  müvafiq arqumentlər və onların alt-arqumentləri təqdim edilir.
  3. Qayda III. D. Çıxış
    Seçim Raundunun şifahi çəkişmələrində iddiaçı tərəf çıxışını Müsabiqə İşində göstərilmiş məhkəmə qarşısında qaldırılan tələblər əsasında, cavabdeh tərəf isə həmin tələblərin təkzibi əsasında və ya Müsabiqə İşində təqdim olunan cavabdeh tərəfin qarşı iddiaları və ya cavabları əsasında edəcək. Çıxış zamanı oralistin komanda üzvü və ya üzvləri, yaxud da digər kənar şəxslə əlaqə saxlaması qadağan olunur.
  4. Qayda III. E. Şifahi çəkişmə ərzində kommunikasiya
    Çəkişmə zamanı çəkişmə tərəfi olan komanda üzvləri arasında kommunikasiya və ya müzakirə yalnız yazı ilə edilə bilər və mobil cihazlardan, eləcə də digər bu kimi texniki vasitələrdən istifadə qadağandır.
  5. Qayda IV. B. Xarici ölkələrin hüquq praktikası
    Arqumentlərin əsaslandırılması üçün xarici ölkələrin hüquq praktikasına da istinad edilə bilər.