2016 TOPÇUBAŞOV MƏHKƏMƏ MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ

2016 Topçubaşov Məhkəmə Müsabiqəsi haqqında Report-a buradan PDF olaraq baxa bilərsiniz: Report – The 2016 Topchubashov (7.7 MB)


Final Raundu 1 iyun 2016-cı ildə Azərbaycan Respublikasının Ali Məhkəməsində keçirilib. Finalın videosuna buradan baxa bilərsiniz:



Finalda iştirak edən komandalar BDU Hüquq fakültəsi tələbələri Nərgiz Yusifova ’17 (oralist), Mirhadı Səmidzadə ’17 (oralist), Elşən Həsənov ’17 və Rahib Baratovun ’17 iştirak etdiyi “Fətəli xan Xoyski”  (iddiaçı) və yenə həmin fakültənin tələbələri olan Tural Vəliyev ’17 (oralist), Dunay Xasaylı ’17 (oralist), Durna Abdurəşidli ’17 və Nurlan Yusiflinin ’17 iştirak etdiyi “İsmayıl bəy Ziyadxanlı” (cavabdeh) komandaları idi. Final Raundundakı şifahi çəkişmədən “Fətəli xan Xoyski” komandası 94.7 bal, “İsmayıl bəy Ziyadxanlı” komandası isə 97 bal nəticəsini göstərib.


“Fətəli xan Xoyski” komandası


“İsmayıl bəy Ziyadxanlı” komandası


Ən yaxşı brif müəllifi BDU Hüquq fakültəsi tələbələri Bəhlul Yusifli ’17, Şəbnəm Mirzəzadə ’17, Tural Qüdrətli ’17 və Nüşabə Mahmudzadənin ’17 üzvü olduğu “Xəlil bəy Xasməmmədov” komandası olub.


Müsabiqənin ən yaxşı oralsiti finalist “Fətəli xan Xoyski” komandasının üzvü Mirhadı Səmidzadə olmuşdur.


Final Raundundan əvvəl baş tutan Yarım-final Raundunda 4 (dörd) komanda iştirak edirdi. Həmin komandalar və onların nəticələri belə olmuşdur:

  1. “Fətəli xan Xoyski” komandası – 95.7 bal
  2. “İsmayıl bəy Ziyadxanlı” komandası – 95.3 bal
  3. “Xəlil bəy Xasməmmədov” komandası – 90.7
  4. “Məmməd Yusif Cəfərov” komandası – 84.7 bal

“Məmməd Yusif Cəfərov” komandasının üzvləri Gülnaz Salmaova ’18, Aynur Qəhrəmanova ’18, Nargilə Tağıyeva ’18, Təhminə Cəfərova ’18 olmuşdur. Onlar BDU Hüquq fakültəsi tələbələridir. Digər komandaların üzvləri yuxarıda göstərilib.