2017 TOPÇUBAŞOV MƏHKƏMƏ MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ

Final Raundu 10 May 2017-ci ildə ADA Universiteti Böyük auditoriyada keçirilib. Finalın videosu yaxın zamanda yerləşdiriləcəkdir.


Finalda iştirak edən komandalar BDU Hüquq fakültəsi tələbələri Qəfər Nəzərov ’18 (oralist), İlahə Həsənzadə ’18 (oralist), Leyla Çopurova ’18 və Pərvin Məmmədovadan ’18 ibarət “Fətəli xan Xoyski” (iddiaçı) və yenə həmin fakültənin tələbələri olan Fatma Mustafayeva ’18 (oralist), Aydan Məmmədli ’18 (oralist), Sara Həsənli ’18 və Çinarə Qasımovadan ’17 ibarət “Xəlil bəy Xasməmmədov” (cavabdeh) komandaları idi. Final Raundundakı şifahi çəkişmənin nəticəsinə görə “Xəlil bəy Xasməmmədov” komandası, “Fətəli xan Xoyski” komandasını məğlub edərək 2017 Topçubaşov Məhkəmə Müsabiqəsinin qalibi olub.


Ən yaxşı iddiaçı brifi müəllifi BDU Hüquq fakültəsi tələbələri Aysel Qarayeva, Günay Səfərli, Pərvanə Allahverdiyeva, Cavid Abdurrahmanovun üzvü olduğu “Rəşid xan Qaplanov” komandası olmuşdur.

 

 

 

Ən yaxşı cavabdeh brifi müəllifi isə BDU Hüquq fakültəsi tələbələri Qəfər Nəzərov, Leyla Çopurova, İlahə Həsənzadə, Pərvin Məmmədovanın üzvü olduğu “Fətəli xan Xoyski” komandası olmuşdur.

 

 

 

 


Müsabiqənin ən yaxşı oralisti qalib “Xəlil bəy Xasməmmədov” komandasının üzvü Fatma Mustafayeva olmuşdur.

2017 Topçubaşov nəticələri:

Brif balları sıralaması
Oralist sıralaması
Ən yaxşı 8 komanda sıralaması